"Samsung" bu telefonlarla bağlı qərar verdi
Maraqlı
Texnologiya nəhəngi “Samsung” məşhur Galaxy S21 seriyası ilə bağlı mühüm qərar verib.
News24.az xəbər verir ki, şirkət bu modellər üçün proqram təminatı yeniləmələrinə rəsmi olaraq son qoyub.
Məlumata görə, “Samsung”un üç əsas Android yeniləməsi və beş illik təhlükəsizlik yamaları üzrə öhdəliyi tamamlanıb. Bu çərçivədə Galaxy S21 seriyası üçün 2026-cı ilin yanvar ayına aid son təhlükəsizlik yeniləməsi yayımlanıb.
G99xNKSSCHZA5 versiya nömrəsi ilə təqdim olunan yeniləmə əvvəlcə Cənubi Koreyadakı istifadəçilərə çatdırılıb və ümumilikdə 55 təhlükəsizlik boşluğunu aradan qaldırdığı deyilir.