Şəmkir xəstəxanasında doğuş statistikasında artım var
Maraqlı
"Şəmkir Rayon Mərkəzi Xəstəxanasının mama-ginekologiya şöbəsi 40 çarpayı ilə fəaliyyət göstərir".
News24.az xəbər verir ki, bu sözləri Şəmkir Rayon Mərkəzi Xəstəxanasının direktoru Samir Namazov jurnalistlərin suallarını cavablandırarkən qeyd edib.
Onun sözlərinə görə, şöbənin çarpayıların doluluq göstəricisi ay ərzində orta hesabla 73–80% intervalında dəyişir: "Rayonda həm təbii doğuş, həm də keysəriyyə əməliyyatları üzrə xidmət göstərilir.
Aylıq aparılan keysəriyyə kəsiyi əməliyyatlarının sayı 30–50 arasında olur. Normal doğuşların sayı isə mövcud çarpayı fondunun doluluq səviyyəsinə uyğun şəkildə formalaşır.
Şöbədə, bununla yanaşı, hamiləliyin müxtəlif səbəblərdən sonlandırıldığı hallar üzrə pasiyentlərə də əlavə tibbi nəzarət və müvafiq klinik qayğı göstərilir".