Sevimli pişiyinə görə ağır bədəl ödətdi: 6 avtomobil...
Maraqlı
Sankt-Peterburqdə bir nəfər pişiyə görə qisas məqsədilə avtomobil yandırmaqda şübhəli bilinərək saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə şəhər üzrə şəhərin daxili işlər orqanları açıqlama yayıb.
Yanğın 11 yanvar gecəsi şəhərin Moskovski rayonunda, Dunayski prospekti, 7 ünvanındakı dayanacaqda baş verib.
Şahidlər polisə bir neçə avtomobilin yanması barədə məlumat veriblər.
Hadisə yerinə gələn əməkdaşlar 5 avtomobilin tam yandığını, daha birinin isə zədələndiyini bildiriblər. Nəqliyyat vasitələrinin sahibləri polisə ərizə ilə müraciət ediblər.
Yanğın-texniki ekspertizasından sonra “əmlakı qəsdən məhv etmə və ya zədələmə” maddəsi ilə cinayət işi açılıb.
İyunun 8-də isəcinayət axtarış şöbəsinin əməkdaşları hadisənin baş verdiyi binada yaşayan 66 yaşlı kişini saxlayıblar.
İstintaqın versiyasına görə, o, “Hyundai H1” markalı miniveni yandırıb, bundan sonra alov yaxınlıqda dayanan digər avtomobillərə keçib.
Saxlanılan şəxsin sözlərinə görə, o, bu addımı minivenin sahibindən qisas almaq üçün atıb.
Onun iddiasına görə, həmin sürücü həyətdə gəzən pişiyini maşınla vurub. Ev heyvanı ciddi xəsarət alıb və onu xilas etmək mümkün olmayıb. /Gazeta.ru/