Sivilizasiyalara son qoya biləcək vulkan illər sonra yenidən aktivləşdi

Sivilizasiyalara son qoya biləcək vulkan illər sonra yenidən aktivləşdi Maraqlı

2025-ci ilin yayında Meksikanın Şimal-Qərbindəki Çiapas əyalətindəki El Çiçon vulkanında seysmik aktivlik artıb.

News24.az xəbər verir ki, alimlərin məlumatına görə, bu artım bölgədə mümkün püskürmə riskini artırır.

1982-ci ildə baş vermiş şiddətli püskürmə zamanı təxminən 2000 nəfər həyatını itirmiş, çoxsaylı yaşayış məntəqələri dağıdılmış və on minlərlə insan didərgin düşmüşdü. Partlayış nəticəsində səkkiz kilometr əraziyə yayılan sıx kül buludu bəzi bölgələrdə 40 santimetrə çatan kül təbəqəsi yaratmış, kənd təsərrüfatı sahələri və heyvandarlığa ciddi ziyan vurmuşdu.

ABŞ-nin Kosmik Tədqiqatlar Administrasiyası (NASA) xəbər verib ki, püskürmə stratosferə çoxlu miqdarda material çatdıraraq qlobal temperaturu təxminən 0,5 dərəcə selsi azaldıb.