Soğanı belə saxlamayın: Tez xarab olur
Maraqlı
Soğan mətbəxdə ən çox istifadə olunan tərəvəzlərdən biridir. Lakin mütəxəssislər bildirirlər ki, onu düzgün şəraitdə saxlamadıqda tez xarab ola və dadını itirə bilər.
News24.az bununla bağlı bir neçə sadə qaydanı diqqətinizə çatdırır:
Düzgün mühit seçin
Soğan nəm və qapalı məkanlarda tez çürüyür. Buna görə də onu sərin, quru və yaxşı havalanan yerdə saxlamaq məsləhətdir. Birbaşa günəş işığından uzaq saxlamaq vacibdir. İdeal temperatur təxminən 10–15°C hesab olunur.
Plastik paketlərdən istifadə etməyin
Soğanı plastik torbalarda saxlamaq düzgün deyil. Plastik hava dövranını məhdudlaşdırır və rütubətin yığılmasına səbəb olur. Bunun əvəzinə deşikli torbalar və ya hörmə səbətlərdən istifadə etmək daha məqsədəuyğundur.
Digər tərəvəzlərdən ayrı saxlayın
Soğan bəzi tərəvəzlərlə, xüsusilə kartofla birlikdə saxlanıldıqda daha tez xarab olur. Bu səbəbdən onların ayrı saxlanılması tövsiyə olunur.
Doğranmış soğanı tez istifadə edin
Doğranmış soğan bütöv soğana nisbətən daha tez xarab olur. Soyuducuda belə, onu 1–2 gün ərzində istifadə etmək lazımdır. Ən yaxşı üsul doğranmış soğanı hava keçirməyən qabda saxlamaqdır. Bu həm də mətbəxdə xoşagəlməz qoxuların yayılmasının qarşısını alır.
Nilufər