Ucuz geyimlərə aldanmayın: Etiketi yoxlayın
Maraqlı
Ucuz geyimlər diqqət çəksə də, mütəxəssislər alış-veriş zamanı diqqətli olmağı tövsiyə edir.
News24.az xəbər verir ki, mütəxəssislər geyimin etiketinin onun keyfiyyəti haqqında vacib məlumat verdiyini bildirirlər.
Xüsusilə parçanın tərkibi önəmlidir. Əgər etiketdə pambıq və süni liflərin bərabər olduğu (məsələn, 50 faiz pambıq, 50 faiz poliester) yazılıbsa, bu cür geyimlər çox vaxt keyfiyyətsiz olur. Belə parçalar tərləməyə, qoxuya və tez köhnəlməyə səbəb ola bilər.
Mütəxəssislər daha çox təbii parçalardan hazırlanmış geyimlər seçməyi məsləhət görürlər. Pambıq, yun, kətan kimi materiallar daha rahat və uzunömürlü sayılır. Az miqdarda elastiklik üçün əlavə olunan liflər də qəbul ediləndir.
Qısacası, geyim alarkən təkcə qiymətə deyil, keyfiyyətə də diqqət yetirmək vacibdir.