Van Qoqun bu əsəri rekord məbləğə satıldı – Foto
Maraqlı
Vinsent Van Qoqun bir əsəri Nyu-Yorkda keçirilən “Sotheby’s” hərracında 62,7 milyon dollara satılıb.
News24.az xəbər verir ki, bu barədə “ANP” məlumat yayıb.
Söhbət rəssamın 1887-ci ilə aid “Paris romanlarının yığınları və stəkandakı güllər” adlı tablosundan gedir. Məlumata görə, əsərin yeni sahibi tanınmış incəsənət tədqiqatçısı Petti Vonq olub.
Qeyd edək ki, Van Qoqun bu dövrə aid əsərləri nadir şəkildə satışa çıxarılır və yüksək kolleksiya dəyərinə malikdir.