Vicdanlı oğruların görüntüləri gündəm oldu - Video
Maraqlı
İranda maraqlı və qeyri-adi oğurluq hadisəsi baş verib.
News24.az xəbər verir ki, boş vəziyyətdə park edilmiş toy avtomobilini görən iki nəfər avtomobilə yaxınlaşaraq maşının audio sistemini oğurlayıblar.
Ancaq təxminən yarım saat sonra gənc cütlüyün toy gecəsinin musiqisiz keçəcəyini düşünən oğrular peşman olaraq geri qayıdıblar və cihazı yenidən yerinə qoyublar.
Beləliklə, həyatlarının ən yaddaqalan gününü qeyd etməyə hazırlaşan gəlin və bəy musiqisiz qalmayıb.
Hadisə ilə bağlı yayılan görüntülər sosial şəbəkədə geniş müzakirələrə səbəb olub. “Kaş ki, xalqın sərvətini talayan məmurlar da ölkə və xalq qarşısında bu cür vicdanlı davranış sərgiləyərdilər”, - deyə bir çox istifadəçi şərhlərdə yazıb.