Vulkan püskürməsi atmosferi dəyişdi: Rekord qeydı alındı

Vulkan püskürməsi atmosferi dəyişdi: Rekord qeydı alındı Maraqlı

2022-ci ildə baş vermiş Hunqa-Tonqa-Hunqa-Haapay vulkan püskürməsi stratosferə rekord həcmdə su buxarı püskürərək, atmosferin kimyəvi tərkibinə və temperatur balansına görünməmiş təsir göstərib.

News24.az xəbər verir ki, püskürmə təxminən 150 metr dərinlikdə, su altında baş verdiyi üçün yuxarı atmosfer qatlarına nəhəng miqdarda su buxarı daxil olub. Bu, quru vulkan püskürmələri üçün xarakterik olmayan nadir təbiət hadisəsidir.

Mütəxəssislərin hesablamalarına görə, stratosferə yayılan 146 teraqram (146 milyon ton) su buxarı bu təbəqədəki mövcud nəmin 10 faizini təşkil edir. Bu göstərici 1991-ci ildəki məşhur Pinatubo püskürməsi zamanı qeydə alınan həcmdən düz dörd dəfə çoxdur.

Vulkan püskürmələri adətən kükürd hissəciklərindən ibarət "ekran" yaradaraq istiliyi saxlasa da, Tonqa püskürməsi stratosferdə qeyri-adi soyumaya səbəb olub. Alimlər aşkar ediblər ki, həddindən çox su buxarı istiliyi udmaq əvəzinə, infraqırmızı şüalanma vasitəsilə onu kosmosa ötürüb. Nəticədə atmosferin müvafiq təbəqələrində temperaturun 0,5–1 dərəcə selsi aşağı düşdüyü qeydə alınıb.

Mütəxəssislər bunu su buxarının radiasiya proseslərinə təsirinin, vulkanik aerozolların yarada biləcəyi istiləşmə effektini üstələməsi ilə izah edirlər.