"WhatsApp" bu telefonlarda işləməyəcək

"WhatsApp" bu telefonlarda işləməyəcək Maraqlı

Dünyanın ən populyar mesajlaşma tətbiqi "WhatsApp" sabahdan etibarən bir sıra köhnə smartfonlarda işləməyəcək.

News24.az xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib. Qeyd olunub ki, son yeniliklərin texniki tələbləri köhnə cihazlarda təmin oluna bilmir və buna görə 2016-cı ildən əvvəl buraxılmış bəzi telefonlar proqramın dəstəyi xaricində qalacaq.

İlkin mərhələdə yalnız yeniləmələrin dəstəyi dayandırılacaq, lakin müəyyən müddətdən sonra proqram tam işləməyəcək.

Ən çox təsirlənəcək populyar modellər:

"Android"də Huawei Mate 9 Pro, Samsung Galaxy S7, Xiaomi Mi Note 2, HTC 10 evo, Sony Xperia XZ, Xiaomi Mi 5 Pro, Samsung Galaxy C9 Pro

"iOS"da iPhone 6, iPhone 6s-dır.