"Whatsapp" istifadəçiləri aldadıb? - Şəxsi mesajlar..
Maraqlı
“Telegram”ın qurucusu Pavel Durov “WhatsApp” tətbiqindəki mesajların şifrələnməsi funksiyasının əslində istifadəçilərin yazışmalarını qorumadığını və bunun tarixdəki ən böyük aldadıcı iddialardan biri olduğunu deyib.
News24.az xəbər verir ki, Durov bu barədə öz “Telegram” kanalında yazıb.
Onun fikrincə, bu messencerdən istifadə edən milyardlarla insan yazışmaların tam qorunduğu barədə yalan vədlərlə aldadılıb.
“Bəyanatlarına baxmayaraq, onlar istifadəçilərin mesajlarını oxuyur və onları üçüncü tərəflərlə paylaşırlar”, -deyə P.Durov bildirib.