"WhatsApp"a yeni funksiya gəlir: Artıq bu da mümkün olacaq
Maraqlı
Meta şirkəti "WhatsApp" istifadəçilərinin təhlükəsizliyini daha da gücləndirmək məqsədilə “ciddi hesab parametrləri” adlı yeni təhlükəsizlik funksiyasını istifadəyə verib.
News24.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib. Məlumata görə, yeni funksiya xüsusilə kiberhücum riski yüksək olan istifadəçilər – jurnalistlər, ictimai xadimlər və həssas məlumatlarla işləyən şəxslər üçün nəzərdə tutulub.
"Meta"ya qarşı qaldırılan məxfilik iddialarından sonra atılan bu addım, istifadəçilər üçün əlavə təhlükəsizlik imkanı yaradır. Bildirilir ki, “ciddi hesab parametrləri” "WhatsApp"da indiyədək təqdim olunan ən güclü qoruma mexanizmlərindən biridir və hesabı xarici təhdidlərdən maksimum səviyyədə təcrid edir.
Yeni rejim aktivləşdirildikdə naməlum nömrələrdən gələn zənglər avtomatik səssizləşdirilir, tanınmayan hesablardan daxil olan media faylları və əlavələr bloklanır.