"WhatsApp"a yeni funksiya gəlir - Hər kəs istifadə edə biləcək
Maraqlı
“WhatsApp” veb səsli və video zəng funksiyasını beta istifadəçilər üçün istifadəyə verib.
News24.az xəbər verir ki, yeni xüsusiyyət sayəsində istifadəçilər masaüstü tətbiq yükləmədən birbaşa brauzer üzərindən zəng edə biləcəklər.
Meta tərəfindən mərhələli şəkildə təqdim olunan funksiya hazırda yalnız təkbətək zəngləri dəstəkləyir. Zənglər mobil və masaüstü tətbiqlərdə olduğu kimi başdan-başa şifrələmə ilə qorunur və signal protokolu əsasında işləyir. Video zənglər zamanı isə ekran paylaşımı da mümkündür.
Gələcək mərhələdə qrup zənglərinin də əlavə olunması planlaşdırılır. Gözləntilərə görə, bu zənglər 32 nəfərə qədər iştirakçını dəstəkləyəcək. Funksiyanın yaxın həftələrdə daha geniş istifadəçi kütləsinə açılması nəzərdə tutulur.