“Xiaomi” telefonu işlədənlərə pis xəbər

“Xiaomi” telefonu işlədənlərə pis xəbər Maraqlı

“Xiaomi” şirkəti bir sıra smartfon modelləri, o cümlədən flaqman “Xiaomi 12” seriyası üçün proqram dəstəyinin dayandırıldığını elan edib.

News24.az xəbər verir ki, “Xiaomi Security Center” və “Android Enterprise Recommended” siyahısında bu cihazlara “End-of-Life” statusu verilib.

Sözügedən statusun verilməsi sistem, o cümlədən təhlükəsizlik yenilənmələrinin və yeni funksiyaların tamamilə dayandırılması deməkdir.

“Xiaomi 12” və “12 Pro” üçün “HyperOS 3.0” (Android 15 əsasında), “Redmi Note 12 5G” üçün “HyperOS 2.0” (Android 14 əsasında), “Xiaomi 12 Lite” üçün isə “HyperOS 1.0” (eyni Android versiyası əsasında) modelləri qeyd edilən system yenilənmələri ilə kifayətlənməli olacaqlar.

Bu qərar yalnız cihazların yaşı ilə deyil, həm də texniki məhdudiyyətlərlə bağlıdır. Belə ki, “Xiaomi 12” seriyası “Snapdragon 8 Gen 1” prosessoru ilə təchiz olunub ki, bu da yüksək istilik yayılması və nisbətən aşağı enerji səmərəliliyi ilə bağlı tənqid olunub.

Əlavə səbəblərdən biri də “HyperOS” platformasının inkişafıdır. Sistem getdikcə daha mürəkkəbləşir və süni intellektlə bağlı daha çox funksiyalar əldə edilir. Bu isə uzunmüddətli perspektivdə köhnə cihazlarda stabil işləməyə və istifadəçi təcrübəsinə mənfi təsir göstərə bilər. /XiaomiTime