"YouTube" yeni məhdudiyyətlər tətbiq edəcək

"YouTube" yeni məhdudiyyətlər tətbiq edəcək Maraqlı

"YouTube Music" platformasında mahnı sözləri funksiyası pulsuz istifadəçilər üçün məhdudlaşdırılıb.

News24.az xəbər verir ki, yeni qaydaya əsasən, mahnı sözlərini tam şəkildə görmək üçün "YouTube Premium" və ya "Music Premium" abunəliyi tələb olunur.

Sistemin iş prinsipinə görə, pulsuz istifadəçilərə yalnız 5 mahnının sözlərinə baxmaq imkanı verilir. Bu limit dolduqdan sonra mahnı sözləri səhifəsində yalnız ilk sətirlər görünür, mətnin qalan hissəsi bulanıq formada təqdim edilir və sürüşdürmə deaktiv olunur.