Yüz ildən sonra tapılan sirli daş: “Florentiyalı”nın inanılmaz hekayəsi

Yüz ildən sonra tapılan sirli daş: “Florentiyalı”nın inanılmaz hekayəsi Maraqlı

Kanadada yüz ildən çox müddət ərzində itmiş sayılan əfsanəvi “Florentiyalı” brilyantı tapılıb.

News24.az xəbər verir ki, 137 karatlıq açıq sarı rəngli daş əvvəllər Mediçi və Habsburq sülalələrinə məxsus olub. Məlum olub ki, bu nadir daş Kanadanın Kvebek şəhərindəki bank seyfində saxlanılıb.

1919-cu ildə Avstriya-Macarıstan imperiyasının süqutundan sonra “Florentiyalı”nın oğurlandığı düşünülürdü, lakin məlum olub ki, sonuncu imperator I Karlın həyat yoldaşı Zita Burbon-Parmskaya İkinci Dünya müharibəsi zamanı daş-qaşı nasistlərdən qorumaq üçün Kanadaya aparıb.

O, sirri yalnız iki oğluna etibar edib və ərinin ölümündən yüz il sonra seyfi açmağı vəsiyyət edib.

Bu yaxınlarda Zitanın nəvələri jurnalistlərin iştirakı ilə seyfi açıb və “Florentiyalı” brilyantın mükəmməl vəziyyətdə qorunduğu müəyyən olunub.

Əfsanəyə görə, bu qiymətli daş hələ XV əsrdə Hindistandan gətirilib, portuqaliyalılar tərəfindən Avropaya aparılıb və burqundiyalı hersoq Karl üçün xüsusi olaraq kəsilib. Daha sonra brilyant Mediçilərdən Habsburqlara keçərək imperator hakimiyyətinin simvoluna çevrilib.

Yüz ildən sonra tapılan sirli daş: “Florentiyalı”nın inanılmaz hekayəsi