Zibillikdən sərvət tapıldı
Maraqlı
Polşanın Vodzislav-Slenjski şəhərində zibillikdə zinət əşyaları və almazlar tapılıb.
News24.az xəbər verir ki, tapılan qiymətli daş-qaşların dəyəri on minlərlə avro olaraq qiymətləndirilib.
Həmin əşyaların öncə hərracda satılması nəzərdə tutulsa da, sonradan bu qərar ləğv edilib.
Buna səbəb yerli muzeylərdən birinin zinət əşyalarını öz kolleksiyalarına daxil etməsi ilə bağlı təşəbbüsü olub.
Qeyd olunub ki, tapılan daş-qaşlar arasında ən qiymətlisi üç karatlıq almaz qaşlı lot üzük olub. Üzük 22 200 avro dəyərində qiymətləndirilib. /TVP World