1 günə sərvətləri 336 milyard dollar artdı
Maraqlı
Planetin 500 ən varlı insanının sərvəti bir gün ərzində 336 milyard dollar artıb.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, müşahidələr tarixində rekord göstəricidir.
Ekspertlər bunu ABŞ və İran arasında razılaşmanın əldə olunduğundan bəhs edən xəbərlərlə əlaqələndirirlər.
Trampın açıqlamalarından sonra fond bazarlarında kəskin yüksəliş baş verib. Nəticədə dünyanın 500 ən varlı şəxsi hazırda ümumilikdə 13,3 trilyon dollar dəyərində aktivlərə sahiblənib. Ən varlı şəxs olaraq İlon Mask birinci pillədə qərarlaşıb.
Onun sərvəti bir gün ərzində 164 milyard dollar artıb.
Bundan əlavə, dünyanın ən varlıları klubuna daxil olmaq indi tarixdə heç vaxt olmadığı qədər çətinləşib. Bunun üçün ən azı 8 milyard dollar sərvətə malik olmaq lazımdır.