111 min hörümçək bir araya gəldi, mümkünsüz görüntü yarandı

111 min hörümçək bir araya gəldi, mümkünsüz görüntü yarandı Maraqlı

Alimlər Yunanıstan və Albaniya sərhədindəki kükürd mağarasının dərinliyində dünyanın ən böyük hörümçək torunu aşkar ediblər.

News24.az xəbər verir ki, tədqiqat “Subterranean Biology” elmi jurnalında dərc olunub.

Alimlərin məlumatına görə, toru iki növə aid 111 min hörümçək hörüb. Nəticədə 106 kvadrat metr ümumi sahəyə malik, vahid struktur şəklində nəhəng tor əmələ gəlib.

Tor minlərlə kiçik hissələrdən ibarət olub və bir-birinə birləşərək vahid quruluş yaradıb.

Aşkarlanan hörümçəklər "Tegenaria domestica" və "Prinerigone vagans" növlərinə aiddir. Bu növlər adətən yaşayış yerlərinə yaxın ərazilərdə müşahidə olunur, lakin birgə yaşamaq və əməkdaşlıq etmək onların təbiətində son dərəcə nadir hadisə hesab edilir.

Ekspertlər bildiriblər ki, normal şəraitdə "Tegenaria domestica" növü "Prinerigone vagans"ı ovlayır. Lakin tədqiqatçılar hesab edirlər ki, mağarada işığın olmaması bu növlərin adi yırtıcılıq instinktlərini zəiflədir və birgə mövcudluğa şərait yaradır.