117 yaşlı qadın alimləri təəccübləndirdi: Hüceyrələri daha gəncdir
Maraqlı
Alimlər 117 il yaşayan qadının orqanizmində həm qocalma əlamətləri, həm də daha gənc yaşa xas xüsusiyyətlər aşkarlayıblar.
News24.az xəbər verir ki, ispaniyalı tədqiqatçılar qadının genetikasını, zülallarını, maddələr mübadiləsini, bağırsaq mikrobiomunu və DNT dəyişikliklərini araşdırıblar. Nəticələrə görə, onun telomerləri olduqca qısa olsa da, altı fərqli epigenetik göstərici qadının bioloji yaşının faktiki yaşından daha az olduğunu göstərib.
Araşdırmada həmçinin qadında aşağı səviyyədə sistemli iltihab və səmərəli lipid mübadiləsi müəyyən edilib. Tədqiqatçılar hesab edirlər ki, onun uzunömürlülüyü genetik xüsusiyyətlərin və orqanizmin müxtəlif sistemlərinin qorunmasının kombinasiyası ilə əlaqəli ola bilər