13 əsrlik uşaq geyimi tapıldı
Maraqlı
Danimarkada təxminən 1300 il yaşı olan vikinqlərə aid geyim qalıqları aşkar edilib.
News24.az xəbər verir ki arxeoloqlar nadir tapıntını Qərbi Yutlandiyada, vikinqlər dövrünə aid uşaq məzarında aşkar ediblər.
Məzarda metal bəzək əşyalarının arasında yun və kətan parçalarının qalıqları tapılıb.
Alimlərin fikrincə, metalın torpaqda parçalanması zamanı yaranan duzlar parçaları hopduraraq onların çürüməsini ləngidib.
Beləliklə, parçaların kiçik hissələri 13 əsr ərzində qorunub saxlanılıb.
Uşaq məzarında iki dairəvi broş da aşkar edilib.
Tədqiqatçılar parça üzərində radiokarbon analizi apararaq geyimin və broşun eyni dövrə aid olub-olmadığını müəyyən etməyə çalışacaqlar.
Hazırda tapıntılar laboratoriyada diqqətlə araşdırılır.
Alimlər həmçinin vikinqlərin geyiminin hansı rəngdə olduğunu müəyyən etməyə çalışırlar.