339 milyon ödəyib “Milyarderlərin bunkeri”ndə özünə yer aldı

339 milyon ödəyib “Milyarderlərin bunkeri”ndə özünə yer aldı Maraqlı

“Amazon”un qurucusu Ceff Bezos Florida ştatında “milyarderlərin bunkeri” adlandırılan adada 339 milyon dollara torpaq sahələri alıb.

News24.az xəbər verir ki, Bezosun aldığı sahələrdən 3-ü Meta şirkətinin həmtəsisçisi Mark Zukerberqin mülklərinin yaxınlığında yerləşir.

Qeyd edək ki, bundan əvvəl Zukerberqin İndian-Krik adasında 170 milyon dollara malikanə aldığı barədə məlumat yayılıb.