4500 illik sirr üzə çıxdı: Şərq Cəbhəsindəki kəşf alimləri heyrətləndirdi
Maraqlı
Misir arxeologiyasında böyük maraq doğuran yeni araşdırma Menkaure (Mikerin) piramidası ətrafında diqqətçəkən ehtimalları ortaya qoyub.
News24.az xəbər verir ki, Misir-Almaniya tədqiqat qrupu piramidanın şərq fasadında əvvəllər nəzərə alınmayan struktur anomaliyaları aşkarlayıb.
Münhen Texniki Universitetinin mütəxəssisləri cilalanmış qranit blokların altında gizli keçid və ya ikinci giriş ola biləcəyini bildirirlər. Professor Christian Grosse tapıntını son dərəcə əhəmiyyətli kəşf adlandıraraq vurğulayıb ki, tətbiq etdikləri yeni sınaq texnikası piramidanın daxili quruluşu barədə daha dəqiq nəticələr əldə etməyə imkan verib.
Bu ehtimal Menkaure piramidasında itirilmiş sarkofaqa, hələ açılmamış otaqlara və ya qədim dövrün digər sirrlərinə aparan yeni yol ola bilər. 4500 illik abidənin hələ də izah olunmamış tərəfləri olduğunu göstərən bu kəşf alimlər arasında böyük rezonans yaradıb.