Məşhur aktyor 90 Kilo - ARIQLADI

Məşhur aktyor 90 Kilo - ARIQLADI Maraqlı

Amerikalı aktyor John Goodman, 73 yaşında inanılmaz bir uğura imza ataraq 90 kilo arıqlayıb. “Çakmaktaşlar”, “Bir Alışverişkoliğin İtirafları” və “Felekten Bir Gece 3” kimi filmlərlə tanınan ulduz, Los-Ancelesdəki qala gecəsində yeni görünüşü ilə hər kəsi təəccübləndirib.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Goodman artıq çəkisi 180 kilo ikən 2007-ci ildə alkoqolu tərgidib və sağlam qidalanmağa başlayıb. O bildirib ki, şəkərdən uzaq durur və həftənin 6 günü idmanla məşğul olur. Bir müddət sonra əvvəlki qidalanma vərdişlərinə qayıtdıqda yenidən kilo almasına baxmayaraq, mübarizədən vaz keçməyib. Sonda nizamlı və sağlam həyat tərzi ilə yenidən forma girib və enerjili görünüşü ilə alqış toplayıb.

Sağlam şəkildə arıqlamaq istəyənlər üçün tövsiyələr:

Kalori balansı: Gündəlik qəbul edilən kalori miqdarı yandırılandan az olmalıdır.

Protein: Toxluq hissini artırır və əzələ itkisini önləyir.

Tərəvəz və tam taxıllar: Uzunmüddətli toxluq təmin edir.

Sağlam yağlar: Zeytun yağı, avokado və qoz kimi yağlar maddələr mübadiləsini dəstəkləyir.

Şəkərdən uzaq durun: Rafinə şəkər və işlənmiş qidalar yağ yığımını artırır.

Hərəkət vacibdir: Gündə 10.000 addım əlavə kalori yandırır.

İdman növləri: Yüksək intensivlikli interval və ağırlıq məşqləri metabolizmanı sürətləndirir.

Su, yaşıl çay, acı bibər: Gündə 2-3 litr su içmək, yaşıl çay və kapsaisin tərkibli qidalar maddələr mübadiləsini gücləndirə bilər.

Xeyrənsə Piriyeva