Aİ “Google”un süni intellekt fəaliyyətini araşdırmağa başladı
Maraqlı
Avropa İttifaqı Komissiyası “Google”un süni intellektin öyrədilməsi üçün naşirlərin onlayn məzmunundan icazəsiz istifadə etdiyinə dair iddialarla bağlı araşdırma aparır.
News24.az xəbər verir ki, komissiya bildirib ki, “Google” məzmun yaradıcılarına nə təzminat ödəyir, nə də onların materiallarının istifadəsindən imtina etmək imkanını təmin edir. Bu isə rəqabət qaydalarının pozulması şübhəsini doğurur.
Aİ rəsmiləri hesab edirlər ki, “Google”un fəaliyyəti həm naşirlərin hüquqlarına, həm də digər süni intellekt hazırlayan şirkətlərin bərabər rəqabət imkanlarına zidd ola bilər. Araşdırma davam edir.