Şagirdlərin dərsdə xəyal qurması faydalıdır
Maraqlı
Çilidəki Papa Katolik Universitetinin psixoloqları 405 yuxarı sinif şagirdi arasında apardıqları araşdırmada müəyyən ediblər ki, dərs zamanı tez-tez xəyal quran yeniyetmələr yaradıcılıq testlərində daha yaxşı nəticələr göstərirlər.
News24.az xəbər verir ki, araşdırmaya görə, xəyal qurmaq şagirdlərə qeyri-adi ideyalar tapmaqda və yaradıcı tapşırıqları yerinə yetirməkdə kömək edir.
Lakin düşüncələrin şəxsi hiss və yaşantılara yönəlməsi bəzi tapşırıqlarda nəticələri zəiflədə bilər.
Tədqiqatçılar bildirirlər ki, yaradıcılıq üçün sərbəst düşünmək vacibdir, amma ideyaları həyata keçirmək üçün diqqəti cəmləmək bacarığı da lazımdır.