Aİ-dən "Google"a yeni istintaq: Xəbər saytlarını qəsdən geri salır?
Maraqlı
Avropa İttifaqı (Aİ) “Google”un xəbər saytlarının məzmununu axtarış nəticələrində qəsdən aşağı sıralara endirdiyi iddiaları ilə bağlı rəsmi istintaqa start verib.
News24.az xəbər verir ki, Aİ Komissiyasının açıqlamasına görə, istintaq “Rəqəmsal bazarlar qanunu” çərçivəsində aparılır və məqsəd şirkətin xəbər saytlarına qarşı ədalətli və ayrı-seçkilikdən uzaq davranıb-davranmadığını müəyyənləşdirməkdir.
Komissiya bildirib ki, istintaq çərçivəsində “sayt reputasiyasının sui-istifadəsi siyasəti” vasitəsilə bəzi xəbər mənbələrinin axtarış nəticələrində aşağı sıralara endirildiyinə dair sübutlar toplanıb.
Araşdırma həmçinin bu praktikanın media qurumlarının azad fəaliyyətinə, innovasiyaya və üçüncü tərəf tərəfdaşlıqlarına təsir edib-etmədiyini də qiymətləndirəcək.
Qeyd edək ki, Aİ qaydalarını pozan texnoloji nəhənglərə qarşı çoxmilyonluq cərimələr tətbiq olunur.