Alimlər gənc planet aşkar etdilər

Alimlər gənc planet aşkar etdilər Maraqlı

Astronomlar yaşı bir milyon ildən az olan qaz nəhəngi planetin mövcudluğunu təsdiqləyiblər.

News24.az xəbər verir ki, Çilinin Dieqo Portales Universitetinin alimləri tərəfindən aşkar edilən Elias 2-24 b planeti Yupiterə yaxın kütləyə malikdir və Yerdən 450 işıq ili uzaqlıqda yerləşir.

Alimlərin məlumatına görə, planet hələ də qaz və tozdan ibarət ana diskin daxilində formalaşır. Tədqiqatın nəticələri planetlərin yaranması ilə bağlı mövcud nəzəriyyələrə dair yeni suallar yaradır.