Alimlərin açıqlaması heyrətləndirdi: cəmi 2 saat bəs edirmiş
Maraqlı
Kiçik bir tərəvəz sahəsi antidepressantları əvəz edə bilər. Belə ki, bitkilərlə işləmək beyni pozitivə kökləyir – siz onların böyüməsini izləyir, sulayır, alaq otlarını təmizləyirsiniz və bu zaman mənfi düşüncələr arxa plana keçir.
News24.az xəbər verir ki, əgər “tükənmişlik” yaşayırsınızsa, hər yeni yarpaq və ya meyvə insana sevinc verir. Bu, irəliləyiş hissi yaradır və dopamin səviyyəsinin normallaşmasına kömək edir. Hətta şirniyyat və ya qısa videolardan daha effektiv təsir göstərə bilər. Üstəlik, fiziki aktivlik sayəsində çəki də azalda bilərsiniz.
Həftədə cəmi 2-3 saat kifayətdir: torpaq bakteriyaları serotonin ifrazını stimullaşdırır, torpaqla təmas isə kortizol səviyyəsini azaldır. Nəticədə təşviş və depressiya əlamətləri zəifləyir.