Alimlərin son araşdırmalarının nəticəsi şok etdi: kişilərin beyni qadınlara nisbətən…
Maraqlı
Yeni genişmiqyaslı araşdırma kişilərin beyninin qadınların beynindən daha sürətlə qocaldığını göstərib.
News24.az xəbər verir ki, Oslo Universitetindən olan beynəlxalq neyrobioloqlar qrupu 4700-dən çox insanın MRT görüntülərini analiz edərək sərt nəticəyə gəlib: yaş artdıqca kişilərin beynində degenerasiya prosesi qadınlara nisbətən daha sürətlə gedir.
Ən nəzərəçarpan fərq beynin toxunma hissi, temperaturun qavranılması, ağrı və bədənin məkan mövqeyinin hiss olunmasına cavabdeh hissəsində qeydə alınıb.
Araşdırmaya görə, kişilərdə bu funksiyalarla əlaqəli beyin sahələrində qabıq incəlməsi daha tez-tez müşahidə olunub: görmə məlumatlarının emalı, yaddaş, öyrənmə, hərəkətlərin idarə olunması.
Qadınlarda da zəif nöqtələr mövcuddur. Məsələn, onlarda beyin mədəciklərinin daha sürətlə genişlənməsi müşahidə edilib ki, bu da beyin toxumasının itirilməsi əlaməti sayılır.
Lakin ümumi mənzərədə alimlər belə qənaətə gəliblər: kişilərin beyni yaşlanma prosesinə daha tez məruz qalır.