"Apple" bu "iPhone"ları pulsuz dəyişəcək
Maraqlı
“Apple” şirkəti ekranında çatlar yaranan “iPhone Duo” smartfonlarını ödənişsiz dəyişdirəcək.
News24.az xəbər verir ki, “Apple” az sayda “iPhone Duo” cihazının daxili ekranında problem yarandığını bildirib.
Şirkət bu problemlə qarşılaşan istifadəçilərə telefonun dəyişdirilməsi üçün “AppleCare” xidmətinə müraciət etməyi tövsiyə edib.
Qeyd edək ki, bəzi istifadəçilər telefonu açarkən xırıltıya bənzər səs eşitdiklərini, bir neçə saatlıq istifadədən sonra isə ekranın mərkəzi qatlanma xətti boyunca iri çatın yarandığını bildirmişdilər.
“Apple” problemin mövcudluğunu təsdiqləsə də, nasazlığın səbəbləri barədə açıqlama verməyib.