"Apple" “iPhone 18 Pro Max”la bağlı qərar verdi
Maraqlı
“Apple” şirkəti flaqman smartfonlarını daha tutumlu batareya ilə təchiz edəcək.
News24.az xəbər verir ki, buna görə də 2026-cı ildə təqdim olunacaq “iPhone 18 Pro Max”ın çəkisi 240 qram, qalınlığı isə 9 millimetrdən çox olacaq.
Hazırkı “iPhone 17 Pro Max” 233 qram çəkidə və 8,8 millimetr qalınlığındadır. Məlumata görə, “Apple” daha uzun batareya ömrü əldə etmək üçün bu kompromisə gedib. Bundan əlavə, komponentlərin qiymətinin artması səbəbindən “Apple” gələcəkdə “iPhone” modellərinin qiymətlərini artırmaq məcburiyyətində qala bilər.
Hesablamalara görə, “iPhone 18 Pro Max”ın istehsal dəyəri təxminən 300 dollar yüksəlib.