Aprelin 1-dən etibarən mümkün olacaq
Maraqlı
5G texnologiyasının rabitədə tətbiqinə sayılı günlər qaldığı açıqlanıb.
News24.az xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu bildirib. O qeyd edib ki, 5G-yə keçid 1 aprel tarixindən etibarən başlayacaq.
Nazirin sözlərinə görə, yeni texnologiyanın tətbiqi ilə mobil internet sürətində əhəmiyyətli artım müşahidə olunacaq. O qeyd edib ki, 5G sayəsində onlayn oyunları daha rahat və fasiləsiz oynamaq mümkün olacaq, eyni zamanda uzaqdan əməliyyatların həyata keçirilməsi üçün texniki imkanlar genişlənəcək.
Uraloğlu vurğulayıb ki, məlumat ötürülməsi daha sürətli olacaq, məsafədən giriş və idarəetmə prosesləri asanlaşacaq. Onun sözlərinə görə, bu texnologiya həm vətəndaşların gündəlik istifadəsində, həm də sənaye və istehsal sahəsində ciddi yeniliklərə yol açacaq.