Arıqladan dərmanlara alternativ? – Alimlərin yeni təcrübəsi təəccübləndirdi
Maraqlı
Alimlər çia toxumlarını “Ozempic” dərmanı ilə müqayisə ediblər. Araşdırmaya görə, çia toxumları toxluq hissini gücləndirir və beyində iltihabı azaldaraq yağlı və şirin qidaların yaratdığı mənfi təsiri qismən yumşalda bilir.
News24.az xəbər verir ki, təcrübə siçanlar üzərində aparılıb. Onların rasionuna çia yağı və çia unu əlavə edildikdə aclıq hissini basdıran genlərin aktivləşdiyi və toxluq hissinə cavabdeh olan leptin hormonuna həssaslığın bərpa olunduğu müşahidə edilib. Xüsusilə çia ununun beyin üçün daha güclü qoruyucu təsir göstərdiyi qeyd olunub.
Alimlər təsir mexanizmini iştahanı azaldan “Ozempic” və digər “GLP-1” preparatları ilə müqayisə ediblər. Bununla belə, təcrübə zamanı heyvanlarda nəzərəçarpacaq çəki itkisi qeydə alınmayıb. Tədqiqatçılar bunu rasionun həddindən artıq kalorili olması və müşahidə müddətinin qısa olması ilə izah ediblər.
Araşdırma müəllifləri vurğulayırlar ki, çia toxumları sağlam olmayan qidalanma fonunda həddindən artıq yeməni və iltihabı nəzarətdə saxlamağa kömək edə bilər, lakin sürətli arıqlama üçün “möcüzə vasitə” hesab edilmir.