Artıq diş həkiminə getməyə ehtiyac qalmayacaq? – Alimlərdən qeyri-adi icad

Artıq diş həkiminə getməyə ehtiyac qalmayacaq? – Alimlərdən qeyri-adi icad Maraqlı

“Diş ərpi” anlayışı keçmişdə qala bilər. Belə ki, britaniyalı tədqiqatçılar diş minasını qoruyan, möhkəmləndirən və sözün əsl mənasında “yenidən böyüdən” xüsusi bir gel hazırlayıblar.

News24.az xəbər verir ki, alimlər bu ixtiranı “stomatologiyanın müqəddəs Qraalı” adlandırırlar.

Əgər hər şey uğurlu alınarsa, bu gelin köməyi ilə dişləri ağrısız və bahalı stomatoloq prosedurlarına ehtiyac qalmadan bərpa etmək mümkün olacaq.

Məhsulun ilkin sınaqları artıq onun effektivliyini sübut edib.