Avtomobilinizin şüşələri artıq dumanlanmayacaq: - Sadəcə 30 saniyə gözləyin
Maraqlı
Avtomobil şüşələrinin dumanlanması sürücünün görmə imkanlarını məhdudlaşdırmaqla yanaşı, bütün hərəkət iştirakçıları üçün təhlükə yaradır.
News24.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, pəncərələri tez təmizləməyin ən effektiv yolu avtomobilin kondisioner sistemindən istifadə etməkdir.
Kondisioner havadakı rütubəti çıxararaq şüşələrdə yaranan buxarlanmanı azaldır. Bunun üçün cihazı işə salmaq, havanı ön və yan şüşələrə yönəltmək kifayətdir. Arxa şüşə üçün isə buz əridici sistemdən istifadə məsləhət görülür.
Havalandırma zamanı resirkulyasiya rejimini söndürmək vacibdir, çünki bu, havanın təzələnməsini dayandırır və salondakı rütubəti daha da artırır.
Aqil