Aya yollanan astronavtlar çətin vəziyyətdə: Sanitar qovşaq sıradan çıxdı
Maraqlı
ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) uzun müddət gözlənilən və bir neçə dəfə təxirə salınmış Artemis II (“Artemida-2”) missiyasını uğurla həyata keçirib. Lakin “Orion” gəmisi ilə Aya yollanan astronavtlar gözlənilməz çətinliklə üzləşiblər.
News24.az xəbər verir ki, uçuşdan dərhal sonra kosmik gəmidəki sanitar qovşaq sıradan çıxıb.
Astronavtlar onu sonradan təmir edə biliblər. Bu müddət ərzində onlar Yer ilə əlaqədə olub və oradan sanitar qovşağın sazlanması üçün göstərişlər alıblar.
Nasazlıq zamanı astronavtlar bərk tullantıları plastik paketlər vasitəsilə utilizasiya edib, sidik üçün isə borularla sidik toplayıcılarına qoşulan xarici kateterlərdən istifadə ediblər. / New York Post