Ayda oksigen - İSTEHSAL EDİLDİ

Ayda oksigen - İSTEHSAL EDİLDİ Maraqlı

Çinli alimlər Ay torpağından oksigen istehsal etməyə nail olublar. Honq Konq Çin Universitetindən kimyaçı Lu Vanq və komandası Ayın səthindəki regolit adlanan torpağı Günəş işığı ilə qızdıraraq içindəki suyu çıxarıb. Daha sonra bu su karbondioksidlə reaksiyaya salınaraq oksigen və metan əldə edilib.

Bu barədə News24.az Milliyyet-ə istinadən xəbər verir. 

Tədqiqat, gələcək Ay missiyalarında yerli resurslardan istifadə imkanlarını genişləndirə və kosmosda uzunmüddətli yaşam üçün mühüm addım ola bilər.

Xeyrənsə Piriyeva