Az işıqlı evlər üçün ən dözümlü otaq bitkiləri bunlardır

Az işıqlı evlər üçün ən dözümlü otaq bitkiləri bunlardır Maraqlı

Bəzi evlərdə birbaşa günəş işığı az olduğundan bir çox otaq bitkisini yetişdirmək çətinləşir. Lakin elə növlər var ki, qaranlıq və kölgəli mühitlərdə belə problemsiz inkişaf edir və yaşayış məkanına rəng qatır.

News24.az xəbər verir ki, mütəxəssislər az işıqlı otaqlar üçün ən uyğun bitkilərin siyahısını açıqlayıblar.

"Calathea" (Dua çiçəyi)

Naxışlı və dekorativ yarpaqları ilə seçilən "Calathea" birbaşa günəş işığını sevmir və qaranlıq məkanlarda rahat böyüyür. İnteryer üçün zərif bəzək elementi hesab olunur.

dua çiçəyi

"Dieffenbachia" (Dilsiz qamış)

Demək olar ki, işığa ehtiyac duymayan "Deffenbachia" xüsusilə birinci mərtəbədə yerləşən mənzillər və pəncərəsiz ofislər üçün uyğundur. Parlaq və yumşaq yarpaqları yay aylarında daha dekorativ görünür.

Dieffenbachia (Dilsiz qamış)

"Chlorophytum comosum" (Lent çiçəyi)

Uzun müddət günəş görmədən yaşaya bilən "Chlorophytum comosum" təkcə estetik görüntüsü ilə deyil, həm də otaq havasını təmizləməsi ilə tanınır.

"Chlorophytum comosum"

"Soleirolia" (Dolaşıq)

Kiçik və yumşaq yarpaqları ilə qab bitkisi kimi çox sevilən "Soleirolia" qaranlıq yerlərdə də tez inkişaf edir. Müntəzəm suvarma tələb edir və baxımı olduqca asandır.

"Soleirolia" (Dolaşıq)

Aspidistra elatior (Salon yarpağı)

Nənələrimizin evindən tanıdığımız bu bitki kölgə, soyuq və istiliyə dözümlüdür. Lakin çox yavaş böyüməsi ilə fərqlənir.

Aspidistra elatior (Salon yarpağı)

"Sansevieria trifasciata" (Paşanın qılıncı)

Çox az işıqla kifayətlənən bu bitki qalın və dik yarpaqları ilə dekorativ görünüş yaradır. Minimalist interyerlər üçün də uyğundur və hədiyyəlik bitki olaraq seçilir.

Sansevieria trifasciata (Paşanın qılıncı)

Mütəxəssislər bildirir ki, bu bitkilər az işıqlı mühitlərdə yaşamaqla yanaşı, evin atmosferini də dəyişdirir və məkana təbii gözəllik əlavə edir.

Nilufər