Baba Vanqanın 2027-ci il proqnozları gündəmdə
Maraqlı
Məşhur bolqar kahin Baba Vanqaya aid edilən 2027-ci il proqnozları sosial mediada yenidən gündəmə gəlib.
News24.az xəbər verir ki, iddialara görə, 2027-ci ildə dünyada böyük iqtisadi böhran baş verə, bank sisteminə inam sarsıla və nağd pul böhranı yarana bilər. Belə bir ssenaridə təşvişə düşən investorların qızıla yönələcəyi və qiymətli metalın dəyərinin 40 faizə qədər arta biləcəyi irəli sürülür.
Bildirilir ki, qızılın qlobal maliyyə sistemindəki mümkün qeyri-müəyyənlik fonunda “təhlükəsiz liman” rolunu oynayacağı bildirilir.
Lakin bu proqnozların həqiqətən Baba Vanqaya aid olub-olmadığı sual altındadır. Onun adına müxtəlif illərdə çoxsaylı proqnozlar yayılıb.