Belə ağac görməmisiniz! Ginnesin Rekordlar Kitabına düşdü - Foto

Belə ağac görməmisiniz! Ginnesin Rekordlar Kitabına düşdü - Foto Maraqlı

Livanlı ekoloji fəal Karolin Çaptin 450 min plastik şüşədən düzəltdiyi 10 metr hündürlüyündə sidr ağacı ilə Ginnesin Rekordlar Kitabına düşüb.

News24.az xəbər verir ki, Livanın simvolu olan sidr ağacını təmsil edən nəhəng quruluş, ölkənin 82-ci Müstəqillik Günü çərçivəsində Emyun Bələdiyyəsinin təşkil etdiyi tədbirdə təqdim edilib. Rəsmi sertifikatla qeydiyyatdan keçən rekord həm ağacın hündürlüyü, həm də istifadə olunan plastik şüşələrin miqdarı ilə diqqət çəkib.

Layihənin 10 metrlik hündürlüyü Livanın 10 452 kv.km ərazisinə simvolik işarə kimi qiymətləndirilib. Ginnes sertifikatını alan Karolin Çaptin bununla özünün sayca beşinci rekorduna imza atdığını bildirib.

Belə ağac görməmisiniz! Ginnesin Rekordlar Kitabına düşdü - Foto Belə ağac görməmisiniz! Ginnesin Rekordlar Kitabına düşdü - Foto