Bu adamlar oruc - TUTA BİLƏRMİ?

Bu adamlar oruc - TUTA BİLƏRMİ? Maraqlı

Daxili Xəstəliklər və Revmatologiya Mütəxəssisi Prof. Dr. Mehmet Soy iltihablı revmatik xəstəlikləri olan şəxslərin oruc tutarkən diqqətli olması lazım olduğunu bildirib.

News24.az bildirir ki, həkim birinci növbədə orucun sağlamlığa olan müsbət təsirlərini dəstəkləyib. O, qeyd edib ki, oruc tutmaq arıqlamaq, insulinə həssaslığı artırmaq, xolesterin və qan təzyiqini azaltmaq kimi faydalar təmin edir.

Revmatizmin oynaq və əzələləri təsir edən və ağrı, şişlik, deformasiya və funksiya itkisi kimi əlamətlərlə özünü göstərən böyük bir xəstəlik qrupu olduğunu izah edən Prof. Dr. Soy, “Bu xəstəliklər təkcə dayaq-hərəkət sistemini deyil, ağciyər, böyrək, dəri, göz və sinir sistemi kimi digər orqanları da təsir edə bilər. Revmatizmli xəstələr müntəzəm dərman qəbul etməli və müalicəyə riayət etməlidirlər." deyə qeyd edib.

Zəhraxanım Şeydayeva