Bu aylarda doğulanlar tək qalmağa daha çox ehtiyac duyurlar
Maraqlı
Astrologiya və numerologiyaya görə, insanın doğulduğu ay təkcə xarakterinə deyil, həm də daxili enerjisini necə bərpa etməsinə təsir göstərə bilər.
News24.az xəbər verir ki, "Parade" jurnalının yazdığına görə, mart, may, avqust və oktyabr aylarında doğulan insanlar digərlərinə nisbətən daha çox tək qalmağa ehtiyac duyurlar.
Mütəxəssislər bildirirlər ki, bu, həmin insanların ünsiyyətdən qaçdığı və ya insanları sevmədiyi anlamına gəlmir. Əksinə, onlar adətən dərin münasibətlər qurur və ətrafdakılarla fəal ünsiyyətdə olurlar. Lakin emosional və zehni enerjilərini daha tez sərf etdikləri üçün vaxtaşırı tək qalmaq onların özlərini yenidən toparlamasına kömək edir.
Mart
Mart ayında doğulanlar yüksək həssaslıqları ilə seçilirlər. Onlar başqalarının hisslərini asanlıqla anlayır, yaxınlarına dəstək olur və ətrafdakı insanların emosiyalarını dərindən hiss edirlər. Bu isə zamanla onları yorur. Tək qalmaq onlara öz hisslərini başqalarının emosiyalarından ayırmağa, daxili tarazlığı bərpa etməyə və nə istədiklərini daha yaxşı anlamağa imkan verir.
May
May ayında doğulanlar maraqlı, aktiv düşüncəli və daim yeni biliklərə açıq olurlar. Onlar çoxsaylı ideya və məlumat axını içində yaşadıqları üçün beyinləri tez yorula bilər. Tək qalmaq onlara düşüncələrini qaydaya salmağa, diqqətlərini toplamağa və məqsədlərinə daha aydın baxmağa kömək edir.
Avqust
Avqust ayında doğulanlar adətən məsuliyyətli, diqqət mərkəzində olmağı sevən və özlərinə yüksək tələblər qoyan insanlardır. Onlar daim ətrafdakılarda necə təəssürat yaratdıqlarını düşünürlər. Təklik isə bu gərginlikdən uzaqlaşmağa, özləri olmağa və daxili rahatlıqlarını bərpa etməyə imkan yaradır.
Oktyabr
Oktyabr ayında doğulanlar qərar qəbul edərkən başqalarının maraqlarını nəzərə almağa meyilli olurlar. Onlar vəziyyəti uzun-uzadı təhlil edir, ədalətli seçim etməyə çalışırlar. Bu xüsusiyyət emosional yorğunluğa səbəb ola bilər. Tək qalmaq isə onlara öz istəklərinə qulaq asmağa, qərarlarını şəxsi ehtiyaclarına uyğun verməyə və daxili inamlarını bərpa etməyə kömək edir.