Bu bürc mayın 28-dən sonra hər şeydə şanslı - OLACAQ

Bu bürc mayın 28-dən sonra hər şeydə şanslı - OLACAQ Maraqlı

Məşhur astroloq Tamara Qloba may ayının sonu üçün Dolça bürcünü sevindirəcək proqnozla çıxış edib. 

News24.az xəbər verir ki, onu “ağ ulduz” adlı nadir astroloji fenomenin qoruduğu günlər gözləyir. Bu enerji Dolçalara güc, ilham və yeni imkanlar vəd edir.

Bu dövrdə nüfuzlu şəxslərin dəstəyi ilə yüksəliş imkanı yaranacaq. Təzə ideyalar və təşəbbüslər xüsusilə dəyərləndiriləcək. Gözlənilməz gəlirlər və uğurlu layihələr də mümkündür.

Yeni tanışlıqlar, hisslər və taleyüklü görüşlər ehtimalı yüksəkdir. Artıq münasibətdə olanlar isə emosional yaxınlaşma və anlayış dövrü yaşayacaqlar.

Qloba tövsiyə edir ki, pozitiv qalın, inamlı olun və təşəbbüs göstərməkdən çəkinməyin. Bu günlər həyatınızı dəyişə biləcək nadir fürsət gətirə bilər.

Aqil