Bu gün Beynəlxalq Öpüş Günüdür
Maraqlı
Rusiyanın Moskva vilayətində Novosibirsk sakini qızları qətlə yetirməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılacaq.
News24.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva vilayəti üzrə idarəsi məlumat yayıb.
İstintaqın versiyasına görə, təqsirləndirilən şəxs cinayətləri 2002-ci ildə, həmin bölgədə təhsil aldığı dövrdə törədib.
O, axşam saatlarında gənc qızlara hücum edib, onların qaçmasının qarşısını almaq üçün müxtəlif xəsarətlər yetirib. Zərərçəkənlərə təcavüz etdikdən sonra isə onları öldürərək hadisə yerindən qaçıb.
Müstəntiqlərin qənaətinə görə, onun cinayətlərindən ümumilikdə doqquz qız zərər çəkib.
İlk bir neçə ay ərzində üç nəfəri qətlə yetirən şübhəli, bir müddət sonra isə iki qızı eyni gündə öldürüb.
Sonuncu qurban yerli institutda təhsil alan, Perudan gəlmiş tələbə olub.
Bu cinayətdən sonra o, Novosibirsk vilayətinə gedib.
İstintaqın məlumatına əsasən, o, qətllərdən birindən sonra parkda bir kişini də bıçaqlayıb.
Bundan başqa, ögey qızına qarşı da dəfələrlə cinsi zorakılıq törətməkdə ittiham olunur.
Cinayət işlərinin üstü 2024-cü ildə açılıb.
Təqsirləndirilən şəxs özü də törətdiyi əməlləri etiraf edib.
İstintaq başa çatıb və yaxın vaxtlarda o, məhkəmə qarşısına çıxarılacaq. /Gazeta.ru/