Bu gün ilin ən çətin günüdür - Buna görə

Bu gün ilin ən çətin günüdür - Buna görə Maraqlı

Noyabrın 7-də bu ilin ən güclü maqnit qasırğasının baş verəcəyi gözlənilir.

News24.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.

Mütəxəssislərin sözlərinə görə, cümə günü Yer böyük koronal dəlik zonasına daxil olacaq. Bununla yanaşı planet iki gün əvvəl baş vermiş güclü günəş alışmaları nəticəsində atılan iki plazma buludunun təsirinə də məruz qalacaq.

Alimlər 7 noyabrı ilin ən çətin geomaqnit günü adlandırıblar.

Bildirilib ki, Yer artıq bir neçə saat əvvəl koronal dəlikdən çıxan plazma axınına daxil olub.

Ekspertlər həmçinin yaxın bir neçə saat ərzində maqnit qasırğalarının G3 kateqoriyalı güclü hadisələrə çevrilə biləcəyinə dair əlamətləri qeydə alıblar.