Bu həftə hansı bürcü nə gözləyir?
Maraqlı
18-24 may 2026-cı il tarixlərini əhatə edən həftə üçün bütün bürclərin ulduz falı açıqlanıb. Bu dövr yenidən düşünmək, münasibətləri düzəltmək və emosional aydınlıq baxımından önəmli hesab olunur.
News24.az xəbər verir ki, həftə ərzində səmimi ünsiyyət, münasibətlərin bərpası və daxili balans əsas mövzulardan olacaq.
Qoç
Həftənin başlanğıcı Qoçlara ilham və yeni ideyalar gətirəcək. Ağla gələn fikirləri qeyd etmək faydalıdır, çünki sonradan onların bir çoxu işə yaraya bilər. Həftənin ikinci yarısında diqqət emosional vəziyyətə yönələcək. Qoçlar yaxınlarla münasibətlərə fərqli baxacaqlar. Daha çox sakitlik və tək qalmaq istəyi yaranacaq. Hobbi və yaradıcı fəaliyyətlər üçün əlverişli zamandır.
Buğa
Bu həftə Buğalar üçün məhsuldar olacaq. Ətrafdakılar sizdən daha çox məsləhət istəyəcək. Çevik düşünəcək və tez qərar verəcəklər. Gələcəyi planlaşdırmaq asanlaşacaq. Özünüzə inam artacaq. Həftənin ortası özünüzə qayğı göstərmək və daxili enerjini bərpa etmək üçün uyğundur. Həftəsonu sakitlik və rahatlıq gətirəcək.
Əkizlər
Həftə Əkizlər üçün aktiv və emosional başlayacaq. Ayın sizin bürcdə olması ünsiyyət və yenilik istəyini artıracaq. Son illərdə yaşanan dəyişiklikləri daha çox düşünəcəksiniz. Həftənin ikinci yarısında diqqət ev və məişət məsələlərinə yönələcək. Evdə dəyişiklik etmək və ya artıq əşyalardan qurtulmaq daxili rahatlıq yaradacaq. Dostlarla görüşlər və səyahətlər aktivləşəcək.
Xərçəng
Həftənin əvvəlində Xərçənglər tempini azaltmalı və emosional durumuna diqqət ayırmalıdır. İstirahət və sakitlik sizə yaxşı təsir edəcək. Çərşənbədən sonra özünüzəinam artacaq. Yaxınlarla münasibətlər daha səmimi olacaq. Həftənin ortasında özünüzü sevindirmək istəyə bilərsiniz, amma xərclərdə diqqətli olmaq lazımdır. Həftəsonunda isə yeni tanışlıqlar mümkündür.
Şir
Şirlər üçün həftə aktiv ünsiyyətlə başlayacaq. Yeni çevrə və dostluqlar gözlənilir. Çərşənbədən sonra şəxsi sərhədlər və daxili rahatlıq ön plana çıxacaq. Özünüzəinam və yaradıcılıq artacaq. Yeni layihələr və diqqət mərkəzində olmaq üçün ideal zamandır. Həftəsonunda maliyyə mövzuları aktuallaşacaq.
Qız
Bu həftə Qızlar ətrafdakılar tərəfindən daha çox diqqət görəcək. Məsuliyyət artacaq və vacib işlərə fokuslanmalı olacaqsınız. Son illərdə əldə etdiklərinizi dəyərləndirmək imkanı yaranacaq. Yeni məqsədlər müəyyən etmək üçün uyğun dövrdür. Həftənin ikinci yarısında istirahəti unutmaq olmaz.
Tərəzi
Tərəzilər üçün həftə yeni planlar və öyrənmə ilə bağlı olacaq. Səyahət və yeni biliklərə maraq artacaq, amma tələsik qərar vermək məsləhət deyil. Həftənin sonuna yaxın keçmiş hadisələri yenidən düşünmək istəyi yarana bilər. Bu, daxili ehtiyaclarınızı anlamağa kömək edəcək. Bu dövrdə addımları düşünərək atmaq vacibdir.
Əqrəb
Əqrəblər üçün həftə emosional yenilənmə dövrü olacaq. Öz ehtiyaclarınızı görməməzlikdən gəlməyin. Öyrənmək və inkişaf etmək istəyi artacaq. Liderlik xüsusiyyətləri ön plana çıxacaq. Həftəsonunda dostlarla sakit vaxt keçirmək istəyəcəksiniz.
Oxatan
Oxatanlar üçün həftə əməkdaşlıq və münasibətlərlə bağlı olacaq. Yni tanışlıqlar gözlənilir. Komanda işi ilə bağlı baxışlar dəyişə bilər. Həftənin ikinci yarısında özünüzəinam artacaq və köhnə layihələrə qayıtmaq istəyi yaranacaq.
Oğlaq
Bu həftə Oğlaqlar üçün nizam yaratmaq və məhsuldarlığı artırmaq dövrüdür. Çərşənbədən sonra münasibətlər ön plana çıxacaq. Köhnə əlaqələri bərpa etmək və problemləri həll etmək üçün uyğun zamandır. Həftəsonunda optimizm artacaq.
Dolça
Dolçalar üçün həftə ideyalar və yeni təəssüratlarla zəngin olacaq. Yaradıcılıq və öyrənmək istəyi artacaq. Nizam-intizamın məqsədlərə çatmaqda vacib olduğu aydınlaşacaq. Həftənin sonunda münasibətlər ön plana çıxacaq. Qarşı tərəfi dinləmək vacib olacaq.
Balıqlar
Balıqlar üçün həftənin başlanğıcı öyrənmək və yeni ideyalarla bağlı olacaq. Münasibətdə olanlar emosional yaxınlığı gücləndirə bilər. Subay Balıqlar isə yeni tanışlıqlarda özünü daha rahat hiss edəcək. Həftənin sonunda liderlik xüsusiyyətləri güclənəcək.