Bu həftə bürcləri hansı dəyişikliklər gözləyir? – Astroloqdan proqnoz
Maraqlı
Bunun Məşhur astroloq Dinçer Güner 14-15 sentyabr həftəsində 12 bürcü gözləyən hadisələrlə bağlı proqnozlarını açıqlayıb.
News24.az xəbər verir ki, onun sözlərinə görə, bu həftə münasibətlər, maliyyə, karyera və mühüm qərarlar əsas gündəm olacaq. Venera-Pluton kvadratı qısqanclıq və nəzarət problemlərini, Merkuri-Saturn qarşıdurması isə gecikmiş məsələləri və ciddi söhbətləri ön plana çıxara bilər.
Qoç: Münasibətlərdə ciddi söhbətlər və maliyyə məsələləri gündəmə gələ bilər.
Buğa: İş yükü arta, karyera və münasibətlər arasında gərginlik yarana bilər.
Əkizlər: İş yerində rəqabət, sevgi həyatında isə ciddi qərarlar ön plana çıxacaq.
Xərçəng: Sevgi münasibətlərində ehtiras və qısqanclıq arta bilər. Birgə maliyyə məsələləri gündəmə gələcək.
Şir: Ailə və münasibətlərdə gərginlik, sənəd və təhsil məsələlərində gecikmələr mümkündür.
Qız: Maliyyə ilə bağlı borc, kredit və ödənişlərə diqqət etmək lazım olacaq.
Tərəzi: Münasibətlərdə mühüm qərarlar verilə bilər. Lazımsız xərclərdən çəkinmək tövsiyə olunur.
Əqrəb: Ailə məsələləri və keçmiş problemlər yenidən gündəmə gələ bilər.
Oxatan: Keçmiş münasibətlər yada düşə, dostluqlarda kimin həqiqətən dəstək olduğu üzə çıxa bilər.
Oğlaq: Dostluq və maliyyə məsələləri ilə yanaşı, karyera ilə bağlı ciddi qərarlar gündəmə gələcək.
Dolça: Karyerada mühüm dəyişikliklər mümkündür. Təhsil və rəsmi proseslərdə gecikmələr yarana bilər.
Balıqlar: Səyahət və təhsil planlarında narahatlıqlar, maliyyə məsələlərində isə məhdudiyyətlər yaşana bilər.