Bu kənddə dünyaya gələnlərin hamısı kor doğulur

Bu kənddə dünyaya gələnlərin hamısı kor doğulur Maraqlı

Səhranın dərinliklərində yerləşən Mavritaniyanın bir kəndi dünyada nadir rast gəlinən xüsusiyyəti ilə diqqət çəkir.

News24.az xəbər verir ki, bu kənddə doğulan insanların böyük əksəriyyəti genetik pozğunluq səbəbindən kor dünyaya gəlir. Bu qeyri-adi hal kəndi həm alimlərin, həm də səyyahların maraq dairəsinə daxil edib.

Tədqiqatçılar illərdir genetik xəstəliyin səbəblərini müəyyənləşdirməyə çalışsalar da, problemin nədən qaynaqlandığı hələlik dəqiq məlum deyil. Kənd səhranın təxminən 80 kilometr dərinliyində, tam təcrid olunmuş vəziyyətdə yerləşir.

Burada müasir həyatın əsas elementləri – elektrik, internet, rabitə və tibbi xidmətlər mövcud deyil. Sakinlər nəsillər boyu davam edən ənənəvi həyat tərzini qoruyur, suyu uzaq məsafələrdən daşıyır və gündəlik işlərini əsasən birgə şəkildə həyata keçirirlər.

Bu kənddə dünyaya gələnlərin hamısı kor doğulur