Bu kəşf insanlıq tarixini dəyişdirə bilər
Maraqlı
Türkiyənin Ayvalıq rayonunda aparılan arxeoloji tədqiqatlar zamanı “Yontma Daş Dövrü”nə aid 138 daş alət aşkar edilib.
News24.az xəbər verir ki, "Island and Coastal Archaeology" jurnalında dərc olunan araşdırmaya görə, bu kəşf erkən insanların Anadolu üzərindən Avropaya keçidində Ayvalıq bölgəsinin mühüm rol oynamış ola biləcəyini göstərir.
Alimlər bildirirlər ki, “Buz Çağı” dövründə dəniz səviyyəsinin 100 metrdən çox enməsi nəticəsində Ayvalıq adaları və yarımadaları Anadolu ilə Avropa arasında təbii quru körpüsünə çevrilmişdi. Tapılan Levallois texnikasına aid daş alətlər isə bu ərazidə insanların məskunlaşdığını və hərəkət etdiyini sübut edir.
Araşdırmaçılardan Göknur Karahan tapıntını “həm duyğusal, həm də ilhamverici bir an” kimi qiymətləndirərək, Ayvalığın qədim dövrdə Avropa ilə Anadolu arasında strateji keçid nöqtəsi olduğunu vurğulayıb.
Mütəxəssislər hesab edirlər ki, bu nəticələr insanlığın Avropaya yayılma yolları ilə bağlı indiyə qədər qəbul edilmiş nəzəriyyələri dəyişdirə bilər.
Xeyrənsə Piriyeva